
Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Avstriyanın Sankt-İohann-in-Tirol şəhərində xəstəxanaya yerləşdirilib.
Sportnet.az-ın məlumatına görə, məşhur boksçu hazırda müayinə və bərpa prosesi keçir. Onun çiynindəki köhnə zədənin təsrinin özünü büruzə verdiyi bildirilir. Merə tibbi müdaxilənin xizək gəzintisi ilə bağlı olmadığı da vurğulanıb. Kliçkonun cərrahi müdaxiləsinə ehtiyac duyulmayıb.