Fransanın kamandan oxatma komandası Antalyadakı Dünya Kubokunda avropalılar arasında ən yaxşı nəticəni göstərib. Sportnet.az-ın məlumatına görə, Lukas Daniel, Jan-Çarles Valladont və Pyer Plihonondan ibarət Fransa, komandası Birləşmiş Ştatları məğlub edərək Çin və Cənubi Koreyadan sonra kişilərin yarışında bürünc medallara sahib olublar.
Onlar Türkiyədə keçirilmiş Dünya Kuboku yarışında finişə çatan yeganə avropalı üçlük olublar.
Onlar Türkiyədə keçirilmiş Dünya Kuboku yarışında finişə çatan yeganə avropalı üçlük olublar.
Syef van den Berq, Yan van Tonqeren və Rik van der Vendən ibarət hollandiya komandası 5-ci, ispaniyalı Miqel Alvarino, Antonyo Fernandez və Miqel Pifarre isə 6-cı yeri tutublar. Hollandiya komandası Bakı 2015-də bu heyəti ilə mübarizə aparacaq.
Alvarino kişilərin fərdi yarışında da mübarizə apararaq, 7-ci yerə yiyələnib, və bu fərdi yarışlarda avropalıların ən yaxşı nəticəsi olub.
Rusiyalı İnna Stepanova və alman Karina Vinter son 1/8 finala qədər irəliləsə də növbəti mərhələyə keçə bilməyiblər.
Qarışıq komanda yarışında iştirak edən avropalı idmançılar, Vinter və Florian Kahlund komanda halında 6-cı yerə yiyələniblər.
Qadınların komanda yarışında isə Bakıya gələcək danimarkalı idmançılar, Karina Rosenvinç və Maya Yaqer, o cümlədən Natasya Beç 5-ci yerin sahibi olublar.