
5-7 iyun tarixlərində Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə Çövkən üzrə Avropa Çempionatının final qarşılaşması baş tutub.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandası turnirdə çempion olub.
Final oyununda Azərbaycan yığması Malta komandasını 6:2 hesabı ilə məğlub edib.
Bu nəticə ilə milli komanda turnirin kubokuna sahib çıxıb.
Qeyd edək ki, Avropa Çempionatında 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib.
Beynəlxalq çövkən təqviminə əsasən növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda – Asiya, sentyabrın sonunda Nigeriyada – Afrika və noyabr ayında isə Buenos Airesdə – Cənubi Amerika çempionatları keçiriləcək.