"Formula 1"də çıxış edən "Ferrari" pilotu Sebastyan Fettel 2020-ci il mövsümündən sonra "Maklaren"ə keçə bilər.
Sportnet.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, dördqat dünya çempionu komandanın rəhbəri Andreas Zaydka gələcək əməkdaşlıqla bağlı müraciət edib.
Bu mövsüm Fettel komanda yoldaşı Şarl Leklerlə münaqişənin iştirakçısı olub. Ona görə də almaniyalı pilotun "Ferrari"dən gedişi bu qarşıdurmanın məntiqi nəticəsi kimi görünür.
Mövsümün yekunlarına əsasən, o, cəmi 1 qələbə ilə şəxsi hesabda 5-ci yeri tutub. Lekler isə 2 qələbə ilə mövsümü 4-cü yerdə və 24 xal öndə başa vurub (AutoCity.az).