
Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev Ümumdünya Stronqmen Federasiyasında (WSF) vəzifə alıb.
Sportnet.az "report"a istinadən xəbər verir ki, o, qərargahı Latviyada yerləşən Ümumdünya Stronqmen Federasiyasına vitse-prezident seçilib.
Quliyev həmçinin həmin federasiyada StronqFit Komitəsinin rəhbəri təyin olunub. 46 yaşlı funksioner 4 vitse-prezidentdən biri kimi WSF-nin İcraiyyə Komitəsinin üzvlüyündə də yer alacaq.
Qeyd edək ki, WSF-in rəhbəri latviyalı Vladislav Redıkindir.