
AFFA yanında Media Komitəsinin Formula 1 ilə bağlı elan etdiyi təbliğat kampaniyası bu gündən dayandırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Media Komitəsi açıqlama yayıb.
"Bizdən asılı olmayan səbəblərdən qurumla Bakı Şəhər Halqası arasında anlaşma imzalanması mümkün olmadı" - deyə açıqlamada bildirilir.
Komitə bəyan edib ki, bundan sonra üzvlər Formula 1 xəbərlərini öz saytlarında yerləşdirib-yerləşdirməməkdə sərbəstdirlər və bunun üçün onlara heç bir ödəniş edilməyəcək. Ətraflı məlumat İdarə Heyətinin yaxın günlərdə Komitə üzvləri ilə baş tutacaq görüşündə veriləcək.