
Qırğızıstan döyüşçüsü Valentina Şevçenko Kanadanın Monreal şəhərində keçirilən UFC 315 turnirində çempion titulunu müdafiə edib.
Sportnet.az xəbər verir ki, 37 yaşlı idmançı fransalı Manon Fioroya qalib gəlib.
Döyüş beş raund davam edib. Nəticədə Şevçenko hakimlərin yekdil qərarı ilə (50-45, 50-45, 50-45) qalib elan edilib və kəmərini qorumağı bacarıb.
Qeyd edək ki, Valentina Şevçenko sentyabrın 15-də UFC titulunu meksikalı Aleksa Qrassonu məğlub etməklə geri qaytarlb. Həmin döyüş də beş raund davam edib.