Taekvondo üzrə Azərbaycan milli komandası Belçikanın Lommel şəhərində keçirilən sayca 40-cı G2 kateqoriyalı "Belgium Open" turnirində 4 medala sahib olub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Qaşım Maqomedov (54 kq), Cavab Ağayev (63 kq) və Milad Beigi Harçeqani (80 kq) qızıl medal qazanıb. Ayxan Tağızadə (74 kq) isə gümüş medala yiyələnib.
Qeyd edək ki, turnirə 69 ölkədən 1272 taekvondoçu qatılıb. Daha əvvəl Azərbaycan yığması Hollandiyanın açıq birinciliydə 8 medal əldə edib.