
Azərbaycanın yeniyetmə taekvondoçulardan ibarət yığma komandası İspaniyanın Marina Dor şəhərində oktyabrın 1-də start götürəcək Avropa çempionatına yollanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışda 11 idmançı çıxış edəcək. Heyətdə oğlanlardan Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Nizami Hacıyev (53 kq), Asim Əlimov (+63 kq), qızlardan isə Zemfira Həsənzadə (29 kq), Fatimə Hsənova (37 kq), Leyla Bəşirova (-47 kq), Səmməruh Osmanova (51 kq) və Mədinə Kərimova (59 kq yuxarı) yer alıb.
Qeyd edək ki, komanda Pireney yarımadasına baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə yollanıb.