Slovakiya milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda Bakıda Azərbaycanı 3:1 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, yığmanın baş məşqçisi Françesko Kaltsona matçdan sonra açıqlama verib. İtalyan mütəxəssis millimizdən üstün oynadıqlarını bildirib:
"Çətin matç idi, amma belə olacağını gözləyirdik. Bakıya çox yorğun getmişdik. Bu, görünürdü. İsveçlə oyun bizdən çox enerji aldı. Azərbaycanla matçda üstün oynadıq. Amma rəqibə də çox imkan verdik və bu, mənim xoşuma gəlmir. Bəzi şeylərə görə futbolçuları günahlandırmağa məcburam. Amma düşünürəm ki, komanda özünü yaxşı tərəfdən göstərdi. Növbəti turda İsveçə qarşı oynayacağıq. Rəqib inanılmaz dərəcədə güclüdür".