PSJ, "Çelsi" və "Bavariya"nın sabiq baş məşqçisi İngiltərə millisinin sükanı arxasına keçməyə razılıq verib.
Sportnet.az "The Times" nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İngiltərə Futbol Assosiasiyası ilə müqavilə şərtlərində anlaşıb.
Təcrübəli baş məşqçinin bu həftə ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, hazırda İngiltərə millisində baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq Li Karsli yerinə yetirir.