
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.
Bununla da, baş məşqçi Fernandu Santuşun dəvət göndərdiyi futbolçuların sayı 25-dən 24-ə enib.
Qeyd edək ki, milli təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya, iyunun 10-da isə Liv Bona Dea Arenada Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.