
Azərbaycan yığma komandasının futbolçusu Nigar Mirzəliyevanın da heyətində yer aldığı “Zenit” klubu Rusiya Superkubokunun qalibi olub.
Sportnet.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburqda keçirilən final matçında Moskva "Lokomotiv"ini 3:0 hesabı ilə məğlub edib.
Azərbaycanlı müdafiəçi bütün oyunu əvəzolunmadan keçirib.
Qeyd edək ki, tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanan “Zenit” həm də ölkə çempionudur.