
“Kəpəz” növbəti mövsüm üçün yay təlim-məşq toplanışınının ilkin mərhələsini Gəncədə keçirəcək.
Bu barədə Sportnet.az-a açıqlamasında “sarı-göylər”in yeni baş məşqçisi Adil Şükürov məlumat verib.
Onun sözlərinə görə, hazırlığın doğma şəhərdə keçirilməsinin səbəbi qatar vasitəsilə Gürcüstana səfər edərək xarici klublarla yoxlama görüşləri keçirmək imkanından yararalanmaqdır: “Gözləyirik, qatar yolu açılsın. Qatarla gedib oynayıb, geri qayıtmaq mümkündür. Bilmirik, qatar yolu açılacaq, yoxsa o müddətə qədər açılmayacaq. Amma ümumu hazırlığı Azərbaycan daxilində keçirəcəyik”.
Şükürov toplanış müddətində ümumilikdə 5 yoxlama oyunu keçirmək niyyətində olduğunu bildirib: “İyulun 1-dən komanda toplanışa başlayacaq. Ona qədər bəzi futbolçulara baxmalıyıq. Ümumi 5 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Tarixləri tam dəqiqləşdirmədiyimiz üçün deyə bilməyəcəyəm.
Rəqiblər və onlarla razılıqdan aslıdır”.
Qeyd edək ki, Adil Şükürov “Kəpəz”lə 2+1 illik müqavilə imzalayıb.