
“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Murad Xaçayev artıq “Neftçi” ailəsinin üzvüdür.
27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Ukraynanın “Şaxtyor” klubunun yetirməsi olan Xaçayev son olaraq “Sumqayıt”ın (2019-2025) futbolçusu olub. O, Sumqayıt təmsilçisində "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb.
Qeyd edək ki, Murad Xaçayev Azərbaycan milli komandasının heyətində 1 oyun keçirib.