İtaliyalı mütəxəssis Vinçenzo Montella çalışdırdığı Türkiyə milli komandasının tarixinə bir neçə ilkə imza atması ilə keçib.
Sportnet.az xəbər verir ki, 51 yaşlı baş məşqçi yığmanın tarixinə bunlarla keçib:
1. Qrup mərhələsində ən çox xal
İspaniya, Gürcüstan və Bolqarıstanla eyni qrupda yer alan türklər yalnız İspaniyaya məğlub olmuş, digər 5 matçda isə 4 qələbə və 1 heç-heçəyə imza ataraq 13 xal topladı.
2. Ən çox səfər qələbəsi qazanan əcnəbi baş məşqçi
İtaliyalı çaıışdırıcının rəhbərliyi ilə Türkiyə yığması 8 səfər matçında qələbə qazanmışdır.
3. Bolqarıstanı ilk dəfə səfərdə məğlub edən ilk baş məşqçi
Türkiyə milli komandası daha öncə 10 dəfə Bolqarıstan səfərinə yollanmış, 7 məğıubiyyət və 3 heç-heçəyə razılaşmışdı. İlk dəfə Montellanın rəhbərliyi ilə türklər bu səfərdə qələbə qazanıb (1:6).









































































