İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldu mövsümün sonunda klubu tərk edə bilər. Sportnet.az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, yeni baş məşqçi Zinəddin Zidan portuqaliyalı hücumçudan yenə ön xəttdə yararlanmaq niyyətindədir.
Lakin klub rəhbərliyi 31 yaşlı oyunçunun ən yaxşı illərinin artıq geridə qaldığı qənaətindədir. "Real Madrid" rəsmilərinin fikrincə, komandanın yeni lideri Qaret Beyl olmalıdır.
Qeyd edək ki, Kriştianu Ronaldu son mövsümlərdə dizindəki problemlərdən əziyyət çəkir. Ona Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted" klubları maraq göstərir. Amma Fransa variantı daha real görünür.