Azərbaycan Premyer Liqasının XX turunun oyun cədvəli müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, turun görüşləri 3 gün ərzində reallaşacaq.
Tura fevralın 5-də keçiriləcək "Neftçi" - "Rəvan" maçtı ilə start veriləcək. Son oyunda isə "İnter" və "Qəbələ" komandaları üz-üzə gələcək. Turun bütün oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
5 fevral
16:30. "Neftçi" – "Rəvan"
"Bakcell Arena"
6 fevral
15:00. "Sumqayıt" – "Zirə"
"Kapital Bank Arena"
17:30. "Qarabağ" – "Xəzər Lənkəran"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
7 fevral
13:30. "Kəpəz" – AZAL
Gəncə şəhər stadionu
17:30. "İnter" – "Qəbələ"
"İnter Arena"