Bu gün Avropada futbol mövsümünə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında (ÇL) final oyunu keçirilib. İtaliyanın Milan şəhərində "San-Siro" stadionunda Madrid derbisi - "Real" - "Atletiko" qarşıdurması olub
Bu komandalar 2014-cü ildə Lissabonda görüşündə olduğu kimi, əsas vaxt 1:1 hesabı ilə nəticələnib və yenə "Real Madrid"in kapitanı Serxio Ramos qol vurub. Ancaq fərq ondadır ki, təcrübəli müdafiəçi bu dəfə hesabı açıb. "Atletiko Madrid" ikinci hissənin əvvəlində hesabı bərabərləşdirmək üçün əla şans qazansa da, Antuan Qrizmannnın penalti zərbəsi qapı tirindən dönüb. Əlavə 30 dəqiqədə də hesab dəyişməyib və Dieqo Simeonenin yetirmələri üçün penaltinin uğursuz olması sonda da özünü göstəriu. Belə ki, bu dəfə oyunsonrası zərbələrdə müdafiəçi Xunafran qapı diyəyini nişana alıb. "Real Madrid"in portuqaliyalı lideri, bombardiri Kriştianu Ronaldu həlledici zərbəni dəqiq yerinə yetirməklə, "Real Madrid"i 11-ci dəfə turnirin qalibi edib. "Atletiko Madrid" isə 2 il öncə olduğu kimi, finalda həmşəhərlilərinə uduzub.
Qeyd edək ki, "Keral Klubu"nun fransalı baş məşqçisi Zinəddin Zidan ÇL-i həm futbolçu, həm də baş məşqçi kimi qazanan 7-ci nəfər olub.
UEFA Çempionlar Liqası, final
28 may
22:45. "Real Madrid" (İspaniya) - "Atletiko Madrid" (İspaniya) - 1:1 (oyunsonrası penaltilər seriyası - 5:3)
Qol: Serxio Ramos, 16 - Yannak Karrasko, 79
Vurulmayan penalti: Antuan Qrizmann, 48 ("Atletiko")
Oyunsonrası penaltilər: Lukas Vaskes (1:0), Antuan Qrizmann (1:1), Marselo (2:1), Qabi (2:2), Qaret Beyl (3:2), Saul (3:3), Serxio Ramos (4:3), Xuanfran (4:3), Kriştianu Ronaldo (5:3)
"Real": Navas, Pepe, Ramos (k), Kroos, Marselo, Karvaxal , Modriç, Kasemiro, Beyl, Ronaldo, Benzema
Ehtiyat oyunçular: Kasilya, Naço, Xames Rodriqes, Vaskez, Xese, İsko, Danilo
Baş məşqçi: Zinəddin Zidan
"Atletiko": Oblak, Felipe Luis, Qodin, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k), Saviç, Saul Niqes, Xuanfran
Ehtiyat oyunçular: Moya, Tiaqo, Korrea, Karrasko, Lukas Hernandes, Partey, Ximenes
Baş məşqçi: Dieqo Simeone
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Milan. "San-Siro"