1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçkinin dostu FİFA-da vəzifə aldı
İtaliyanın "Milan" klubunun və Xorvatiya yığma komandasının futbolçusu Zvonimir Boban FİFA baş katibinin müavini vəzifəsinə təyin edilib. Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis ali futbol qurumunun yeni rəhbərliyinin futbol bölməsinin kuratoru olacaq.
O, diqqətini futbol oyununun inkişafına və yarışların təşkilinə yönəldəcək. Z.Boban əvvəllər FİFA prezidenti Canni İnfantinonun müşaviri vəzifəsində çalışıb. Baş katibin digər müavini vəzifəsi isə Marko Villigerə tapşırılıb. M.Villiger kommersiya və inzibati əməliyyatlara cavabdehlik daşıyacaq.
Daha öncə Markus Kattner FİFA baş katibinin müavini vəzifəsindən istefaya göndərilib. Daxili araşdırma nəticəsində onun işində nöqsanlar aşkarlanıb.
Qeyd edək ki, Zvonimir Boban Xorvatiya yığmasında Azərbaycan millisinin hazırkı baş məşqçisi Robert Prosineçki ilə komanda yoldaşı olub və hazırda dostluq münasibətləri var.