AVRO-2016-da 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, turnirin debütantları olan Uels və İslandiya yığmaları tarixlərində ilk dəfə bu mərhələdə iştirak edəcəklər. İndi onları finala əsas namizədlərdən olan Fransa və Belçika ilə çətin sınaqlar gözləyir.
Sözsüz ki, 1/4 finalda ən maraqlı duel Almaniya - İtaliya olacaq. Bu görüşü də 1/8 finalda olan İtaliya - İspaniya qarşıdurması kimi erkən final saymaq olar.
1/4 final mərhələsinin oyunları
30 iyun
Polşa - Portuqaliya
Marsel. "Velodrom"
1 iyul
Uels - Belçika
Lill. "Pyer Morua"
2 iyul
Almaniya - İtaliya
Bordo. "Matmyu Atlantik"
3 iyul
Fransa - İslandiya
Sen-Deni. "Stad de Frans"
Qeyd edək ki, turnirdə bu mərhələdən başlayaraq hər gün 1 oyun keçiriləcək və matçlar Bakı vaxtilə saat 23:00-da başlayacaq.