UEFA növbəti Avropa çempionatının final mərhələsindəki iştirakçı sayınını dəyişməyəcək. Sportnet.az-ın məlumatına görə, qurumun baş katibinin vəzifəsini icra edən Teodor Teodoridis 2020-ci ildə keçiriləcək final mərhələsində də AVRO-2016-da olduğu kimi 24 yığmanın çıxış edəcəyini bildirib.
Onun sözlərinə görə, say dəyişikliyi haqda indidən danışmaq tezdir: "AVRO-2020-də 24 yığma olacaq. 2024-cü ildəki final mərhələsinə isə baxarıq. Avropa çempionatının 24 komandalı formatda keçirilməsi eksperimenti müsbətdir. Ancaq daha dərindən nəticəni ekspertlər çıxartsınlar".
Xatırladaq ki, AVRO-2020 13 şəhərdə, o cümlədən Bakıda keçiriləcək. Paytaxtımızda 4 matç - qrup oyunları və 1/4 final görüşlərindən biri olacaq.