"Dünən oyundan öncə çətin rəqib olduğunu və çətin oyun keçəcəyini demişdim. Xoşbəxtəm ki, komandam mübarizə apardı. Əzmkar oyunla üç xalı Bakıda saxladıq. Bütün Azərbaycan üçün vacib qələbə idi. Hər kəsi təbrik edirəm. Amma çox sevinməyə vaxt yoxdur. Sabah Çexiyaya yola düşürük. Səfərdə də mübarizə aparıb yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin II turunda Norveç yığması ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Daha sonra xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Çexiya ilə oyun öncəsi bu qələbə komandada özünə arxayınlaşma yarada bilər?
- Bu suala cavab vermək bir az çətindir. Bəli, sevindik. Onlara dedim ki, sevinin, amma çox yox. Qarşıda daha bir vacib oyun var. Sabah bərpa məşqindən sonra yola düşəcəyik. Ona görə ki, kimsə pis oynadı. Sadəcə fiziki hazırlığı yüksək olan futbolçular Çexiya ilə oyunda oynamalıdır. Həkimlərlə danışığımız olacaq. Bütün dünya 3 gündən bir oynayır. Mənim də futbolçularım buna öyrəşməlidirlər. Bu qələbə bizi daha motivasiya edəcək ki, səfər oyununda yaxşı nəticə ilə Bakıya qayıdaq.
- Baş məşqçi üçün əsas nəticədir, yoxsa komandanın necə çıxış etməsi?
- Sözsüz ki, nəticə çox önəmlidir. Komandaya təzyiq çox idi. Hər kəs qələbə gözləyirdi, amma necə komanda ilə oynadığımıza baxmalıyıq. Düzdür, gözəl oyun görmədik. Amma hər bir oyunçu mübarizə apardı, əlindən gələni etdi. Oyuna çıxmayan futbolçular da meydanda can qoymağa hazır idi. Bu Azərbaycan üçün tarix idi. Bu günə qədər belə hal olmamışdı.
- Qalibi mühakimə etməzlər. Klubunda meydana çıxmayan futbolçular oynadı, amma Araz Abdullayev, Rauf Əliyev kimi klubda daimi çıxış edən oyunçular ehtiyatda qaldı..
- Fikrimcə, bu gün onlar oynaya biləcək formada deyildilər. Bu səbəbdən, həmin futbolçuları oynatmadım. Bəlkə uduzsaydıq, həmin sualı daha sərt formada verəcəkdiniz. Sevinirəm ki, Norveçlə oyunda qələbə qazandıq.
- Ufuk Budakı yenidən milliyə dəvət etməyi düşünürsünüz?
- Onu sonuncu dəfə Avstriyada təlim-məşq toplanışına çağırmışdım. Amma orada hazır olduğunu göstərə bilmədi.
- Ağabala Ramazanovun xeyli sayda top itkilərinə baxmayaraq oyunda qalması nə ilə bağlıdır?
- Ağabala sürətli oyunçudur. Müdafiəçi üçün belə oyunçuya qarşı oynamaq çətindir. Hücumda oynayan futbolçu təkbətək mübarizəyə gedirsə, bu çox çətindir. Ağabala bu gün beş nəfərin yerinə vuruşdu. Bu gün bütün futbolçularımdan razı qaldım. Bəlkə də baxımlı futbol görmədik, amma futbolçularım meydanda can qoydu. Norveç analiz edəndə belə rəqibə qaşrı oynamağın çətin olduğunu görürsən.
- Seçmə mərhələyə ardıcıl 2 qələbəyə başladı və azarkeşlər az da olsa möcüzəyə inanır...
- İlk gündən Azərbaycana gələndən ölkə futbolu ilə bağlı optimist idim. Amma siz pessimist idiniz və inanmırdınız. Bu komanda ilə nəticə qazanacağımıza inanırdım. Hər kəs inanmırdı. Amma komanda bunu Xorvatiya, İtaliyaya qarşı keçirilən oyunlarda sübut etdi. Ümid edirəm ki, hər kəs də inam yaranır. Mən komandama inanıram.
- Ot örtüyü və azarkeşlərdən razı qaldınız?
- Azarkeş dəstəyi möhtəşəm idi. Onlar komandanı 90 dəqiqə hücuma səsləyirdi. Məndə olan məlumata görə, 25-30 min azarkeş vardı. Şadam ki, azarkeşlər bu cür dəstək verdi. Ot örtüyünə gəldikdə isə vəziyyət yaxşı deyildi. Hətta dünən də biz köməkçi meydançada məşq etdik. Ümid edirəm ki, örtük düzələcək. Amma qələbədən sonra ot haqqında danışmağın nə dərəcədə düzgün olduğunu deyə bilmərəm.
- Bir dostum Çexiya ilə oyunda Azərbaycanın qələbəsinə pul qoyuluşu etmək istəyir. Nə məsləhət görürsünüz?
- Çexiya millisinin AVRO-2020-dəki oyununu canlı izləmişəm. Bu turnirdən sonra komandaya gənc oyunçular cəlb olunub. Ancaq Çexiya da güclü komandadır. Onu deyə bilərəm ki, əlimizdən gələni edəcəyik ki, Bakıya sərfəli nəticə ilə qayıdaq.