1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Premyer Liqanın 2 matçında sosial layihə
Azərbaycan Premyer Liqasının bu gün startı veriləcək XIII turunda sosial layihə həyata keçiriləcək. Bu haqda Sportnet.az-a Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.
O, hər il noyabrın 25-dək dekabrın 10-dək dünyanın hər yerində qadın zorakılığına qarşı tədbir keçirildiyini bildirib. Bu, "Gender əsaslı Zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası”dır: "Həmin kampaniyanın Premyer Liqa matçlarından öncə keçirməklə bağlı bizə də müraciət olundu və bunu müsbət cavabladıq. Bu, AFFA və PFL-in birgə keçirdiyi, qadın zorakılığına qarşı mübarizəyə dəstək kampaniyasıdır və oyunlarda geniş auditoriyaya çatdırılacaq. Bildiyiniz kimi, Premyer Liqamızın matçları "CBC Sport" telekanalı ilə canlı yayımlanır. Tədbirimiz iki oyundan - bu gün saat 14:00-da keçiriləcək "Kəpəz" - "Neftçi" və tura noyabrın 29-da yekun vuracaq "Qarabağ" - "Qəbələ" matçından öncə. Onlar bu turun ən maraqlı qarşılaşmaları sayılır. Gəncədəki oyunda futbolçular ciblərindən çıxardıqarı qırmızı vərəqələri tribuaya tərəf tutacaqlar. Bununla da onlar qadınlara, qızlara zorakılıq tətbiq edənlərə qarşı olduqlarını mesaj şəklində göndərəcəklər. Bu, "Gəlin, qadınlara qarşı zorakılığıa birgə Yox söyləyək" şüarı altında keçiriləcək".
Hüseynov bildirib ki, noyabrın 29-da saat 19:00-da başlayacaq "Qarabağ" - "Qəbələ" matçında isə tədbir bir qədər fərqli olacaq: "Onda futbolçular qırmızı vərəqələr göstərməklə yanaşı, avrokuboklarda olan arka şəklində stend olacaq. Bu, sifariş olunub və həmin matça hazır olacaq. Kampaniyanın təşkilatçılar arasında Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də var".
Qeyd edək ki, noyabrın 25-i dünyada Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Beynəlxalq gün, dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd olunur.