1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nəhs turda 40-a çatanlar
Azərbaycan Premyer Liqasının XIII turuna ən güclülərin görüşü ilə bu gün yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, nəhs turda mərkəzi oyun turnir cədvəlində şərikli liderlər "Qəbələ” ilə "Qarabağ”ın duelidir.
Özü də bu, komandalar arasında yubiley – 40-cı qarşılaşmadır. Düzdür, arxada qalan 39 matçın 33-ü çempionatda, 7-si kubokda olub. Liderlər 2006-cı ildən bu yana rəqib olublar. Çünki debüt mövsümündə "Gilan”, sonradan "Qəbələ” adlanan komanda həmin vaxtdan güclülər dəstəsində çıxış edir. "Qarabağ” isə məlum olduğu kimi, 1992-ci ildə keçirilən milli çempionatımızın fasiləsiz iştirakçılarından biridir. Ağdam klubu ilk vaxtlar "qırmızı-qaralar” üçün arzuolunmaz rəqib idi. Təsadüfi deyil ki, "Qəbələ” çempionatda ilk 5 oyununda rəqibinə bir qayda olaraq uduzub. "Qarabağ” üzərində ilk qələbəni yalnız 9-cu oyunda – görüşlər başlayandan 4 il sonra Qəbələdə qazanmaq mümkün olub. Yeri gəlmişkən, onda "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, "Qəbələ”də isə Ramiz Məmmədov idi.
Qurbanov qəbələlilərlə matçarda üstünlüyə malikdir – 11 qələbə, 10 heç-heçə, 8 məğlubiyyət. Roman Qriqorçuk "Qəbələ”nin baş məşqçisi təyin olunandan isə 8 dəfə bu rəqiblə görüşüb. Bunların 2-də qələbə, 4-də heç-heçə və 2-də məğlubiyyət olub.
"Qəbələ” 2013/14 mövsümündən çempionluğa oynasa da, bu 3 ildə qızıl medallar məhz "Qarabağ”a qismət olub. "Qırmızı-qaralar” isə bürünc medallarla kifayətlənməli olublar. Ancaq məhz cari mövsümdə Roman Qriqirçukun komandası əsl çempionluq iddiasını ortaya qoyb və "Qarabağ” üçün bu mübarizədə ciddi rəqibə çevrilib. Bunu yaxşı anlayan Ağdam klubu bütün diqqətini onunla matça yönəldib.
Rəqiblər son 2 mövsümdə Avropa Liqasının qrup mərhələsində təmsilçilərimizdir. Ancaq onların çıxışı fərqli alınıb. "Qəbələ” hələ də qrupda qalib gələ bilmədiyi halda, "Qarabağ” 3-cü mövsümdür şansını son tura saxlayır. İlk 2 dəfə bunu əldən buraxan çempionumuzun budəfəki taleyinə dekabrın 8-də "Fiorentina” ilə ev oyununda aydınlıq gələcək. "Qarabağ” qalib gəlib gələrsə, qrup 1-cisi kimi pley-offa vəsiqə qazanacaq. Komandamız hətta heç-heçə ilə də məqsədinə çata bilər.
Mərkəzi oyunun iştirakçılarını bu 3 həftədə 6 oyun gözləyir. Deməli, onlar sıx qrafikdə, 3-4 gündən bir gərgin matçların iştirakçısı olacaqlar. "Qarabağ”ın Avroliqa iddiası qaldığından təkcə ölkdaxili yarışları düşünməyəcək. Son turda rəqib olan "İnter” də çempionluğa iddialıdır. Şərikli liderlər kubokda isə evdə birinci divizion təmsilçiləri ilə görüşsələr də, rəqiblər lider – Premyer Liqaya çıxmağa "Səbail”lə "Zaqatala”dır.
Mərkəzi oyunun iştirakçılarında əsas narahatçılıq liderləri ilə bağlıdır. "Qarabağ”ın kapitanı, müdafiə xəttiniə başçılıq edən Rəşad Sadıqov bu ilin sonunadək sıradan çıxıb. Nəinki "Qəbələ”nin, Premyer Liqanın bombardiri olan Baqali Dabo isə zədədən əziyyət çəkir. Düzdür, fransalı hücumçu oyun öncəsi son məşqdə qatılsa da, tam hazır olmadığından ilk dəqiqələrdə meydanda olacağı real görünmür.
Qeyd edək ki, "Qəbələ" ilə "Qarabağ" eyni malik olsalar da, "qırmızı-qaralar” rəqibini ilk dövrədə evdə 2:0 hesabı ilə məğlub etdiyindən şəxsi oyunda üstünlüyə görə turnir cədvəlinə başçılıq edir. Həmin matçda qolların müəllifləri Dabo və komandada 2-ci bombardir olan xorvat yarımmüdafiəçi Filip Ozobiç olub.