Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında iştirak etmiş əcnəbi baş məşqçilərlə bağlı statistik məqamların üzə çıxarılması" layihəsində silsilə yazılarını davam etdirir. Doqquzuncu yazı yerli-əcnəbi baş məşqçi qarşıdurmalarında əsas diqqətiçəkənlərə baxış, bu duellərdə maraqlı seriyaların göstərilməsidir.
Ən uzunmüddətli duel
Mövzudan danışanda, Qurban Qurbanov - Kaxaber Tsxadadze duellərini xüsusi qeyd etməliyik. Çünki Azərbaycan milli çempionatında heç bir yerli məşqçi ilə əcnəbi mütəxəssis onlar qədər qarşılaşmayıb. Bu da ondan irəli gəlir ki, Q.Qurbanovla K.Tsxadadze uzun müddət eyni klublarda duruş gətiriblər. Həmin qarşılaşmalar 2009/10 mövsümündən 2014/15 mövsümünədək davam edib.
Azərbaycanlı mütəxəssis ümumiyyətlə, gürcü həmkarı ilə yalnız bir klubda - ardıcıl 9-cu mövsümdür rəhbərlik etdiyi "Qarabağ"la üzləşib. K.Tsxadadze isə yalnız debütdə "Standard"da olub və sonrakı qarşılaşamların hamısı "İnter"də baş verib. Bu duellər Premyer Liqada yubiley sayda - 25 dəfə olub. Q.Qurbanov qələbə sayında böyük üstünlüyüə malikdir. "Qarabağ" 11 dəfə K.Tsxadadzenin "İnter"ini məğlub edib. Hərçənd, azərbaycanlı mütəxəssis gürcü həmkarına ilk 4 oyunda qalib gələ bilməyib və buna yalnız 5-ci matçda nail olub. Ancaq onu da nəzərə alaq ki Q.Qurbanov K.Tsxadadzeyə ardıcıl 14 qarşılaşma, 5 il məğlub olmayıb. Gürcü mütəxəssis isə azərbaycanlı həmkarına həm ilk, həm də son görüşdə qalib gəlməyi ilə yadda qalıb.
Azərbaycan Premyer Liqasında Kaxaber Tsxadadze - Qurban Qurbanov qarşılaşmaları
23.08.2008 |
Standard (Bakı) - Qarabağ (Ağdam) |
2:1 |
07.11.2009 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
2:1 |
17.02.2010 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
1:1 |
27.03.2010 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
1:1 |
01.05.2010 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:1 |
11.09.2010 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
1:0 |
04.12.2010 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
1:0 |
12.03.2011 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:2 |
24.04.2011 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
1:0 |
14.08.2011 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
1:0 |
20.11.2011 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:0 |
07.04.2012 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
1:1 |
05.05.2012 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
1:0 |
05.08.2012 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
1:1 |
03.03.2013 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
0:0 |
13.04.2013 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
3:2 |
09.05.2013 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:0 |
04.08.2013 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
1:2 |
20.12.2013 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
2:0 |
16.03.2014 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:3 |
07.05.2014 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
4:1 |
16.08.2014 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
0:0 |
29.10.2014 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:0 |
02.04.2015 |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
0:0 |
22.05.2015 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
2:1 |
09.02.2010 |
Standard (Sumqayıt) - İnter (Bakı) |
0:1 |
16.10.2011 |
Neftçi (Bakı) - İnter (Bakı) |
0:1 |
17.12.2011 |
İnter (Bakı) - Neftçi (Bakı) |
2:1 |
18.03.2012 |
İnter (Bakı) - Neftçi (Bakı) |
1:2 |
14.04.2012 |
Neftçi (Bakı) - İnter (Bakı) |
2:1 |
25.12.2012 |
İnter (Bakı) - Neftçi (Bakı) |
1:1 |
23.02.2013 |
Neftçi (Bakı) - İnter (Bakı) |
2:0 |
30.03.2013 |
İnter (Bakı) - Neftçi (Bakı) |
0:1 |
28.04.2013 |
Neftçi (Bakı) - İnter (Bakı) |
2:0 |
19.02.2014 |
Neftçi (Bakı) - İnter (Bakı) |
2:2 |
12.04.2014 |
İnter (Bakı) - Neftçi (Bakı) |
2:1 |
Azərbaycan Premyer Liqasında Böyükağa Hacıyev - Mirça Rednik qarşlaşmaları
10.09.2011 |
Xəzər Lənkəran - Neftçi (Bakı) |
1:0 |
06.11.2011 |
Neftçi (Bakı) - Xəzər Lənkəran |
5:0 |
B.Hacıyev "Bakı"nın baş məşqçi olduğu zamanı isə ukraynalı həmkarı Valentin Xodukinin rəhbərlik etdiyi "İnter"in qənimi olub. "Bankirlər" həmin 4 görüşdə "zolaqlılar"ı məğlub edə bilməyib. İlk 3 məğlubiyyətdən sonra 1 bərabərlik qeydə alınıb. B.Hacıyevin V.Xodukinlə ilk dueli həmin 2005/06 mövsümümün son turunda olub və Tofiq Bəhramov adına Respublika stadionunda Emin İmaməliyevin vurduğu yeganə qol sayəsində qələbə ilə nəticələnib. Bu, "Bakı"ın tarixində ilk çempionluğu olub. Yeri gəlmişkən, E.İmaməliyev həmin yay "İnter"ə keçərək onun kapitanı olub və məhz V.Xodukinin rəhbərliyi altında 2007/08 mövsümündə çempion olub.
Azərbaycan milli çempionatında Böyükağa Hacıyev - Valentin Xodukin qarşılaşmaları
29.05.2006 |
İnter (Bakı) – Bakı |
0:1 |
17.09.2006 |
Bakı - İnter (Bakı) |
2:0 |
28.04.2007 |
İnter (Bakı) - Bakı |
0:1 |
25.08.2007 |
Bakı - İnter (Bakı) |
0:0 |
20.12.2004 |
İnter (Bakı) - Karvan (Yevlax) |
0:0 |
24.05.2005 |
Karvan (Yevlax) - İnter (Bakı) |
2:0 |
22.08.2005 |
İnter (Bakı) - Karvan (Yevlax) |
2:1 |
17.02.2006 |
Karvan (Yevlax) - İnter (Bakı) |
0:0 |
Rasim Karanı çempionluqdan məhrum edən Ağasəlim Mircavadov
Digər duel isə Ağasəlim Mircavadovla Rasim Kara arasında olub. "Neftçi" - "Xəzər Lənkəran" qarşıdurmaları məhz bu mütəxəssislərlə başlayıb. Debüt Cəlilabadda olub və qalib müəyyənləşməyib - 1:1. "Neftçi" sonrakı 2 oyunda 2:1 hesablı qazanıb. Bunlardan birincisi Respublika stadionunda olub və "ağ-qaralar" kapitanı Zaur Tağızadənin dublu ilə "qızıl oyun"a böyük ölçüdə vəsiqə qazandıran qələbəni əldə edib. Gəncədəki həmin çempionluq matçında isə "Xəzər Lənkəran" ilk hissədən sonra hesabda irəlidə olsa da, "Neftçi fasilədən sonra 2 qol vuraraq əzmkar qələbə əldə edib. Qələbə topunun müəllifi isə yenə Z.Tağızadə olub. Nəticədə R.Kara debüt mövsümündə gümüş medalla kifayətlənməli olub. A.Mirvavadov isə "Neftçi"nin baş məşqçisi kimi yeganə çempionluğu onda əldə edib. Təcrübəli mütəxəssis bundan 1 il sonra "Xəzər Lənkəran"ın "sükanı arxası"na keçib. O gedəndən sonra - 2008-ci ilin yayında R.Kara yerinə gələrək "ağ-yaşıllar"a qayıdıb.
Azərbaycan milli çempionatında Ağasəlim Mircavadov - Rasim Kara qarşılaşmaları
08.12.2004 |
Xəzər Lənkəran - Neftçi (Bakı) |
1:1 |
11.05.2005 |
Neftçi (Bakı) - Xəzər Lənkəran |
2:1 |
10.06.2005 |
Neftçi (Bakı) - Xəzər Lənkəran |
2:1 |
Göründüyü kimi, yerli-əcnəbi baş məşqçi qarşıdurmalarında əksər vaxt öz mütəxəssislərimiz qalib olublar. Bu da gəlmələr üçün onlarla duellərin heç də uğurlu olmadığının göstəricisidir.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib