1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"də ehtiyac duyulan vəzifə
Vüqar MƏMMƏDOV
Təmkin Xəlilzadənin "Qəbələ”yə keçidini Azərbaycan futbolunun transfer bazarındakı ən ciddi hadisə saysaq, zənnimcə, yanılmarıq. Amma bir məsələ var: Təmkin özünü "Qəbələ”də göstərə biləcəkmi?
Nəzərə almaq lazımdır ki, Bakıdan, eləcə də digər rayonlardan "Qəbələ”yə gedən azərbaycanlı futbolçular bu klubda çox duruş gətirə bilmirlər. Səbəbi oyunlarını tam ortaya qoya bilməmələridir. Vaqif Cavadov, Nizami Hacıyev, Kamran Ağayev, Elnur Allahverdiyev, Mahir Şükürov, Araz Abullayev, Aqil Məmmədov…
Çox az sayda yerli oyunçu olar ki, özünü "Qəbələ”də yoxlamasın. Ancaq nədənsə, onlar bu komandada özlərini göstərə bilmirlər. Yalnız Cavid Hüseynovu istisna etmək olar ki, o da son vaxtlar ideal oynamır. Əlbəttə, siz Rəşad Sadiqovun da adını çəkə bilərsiniz. Amma gəlin razılaşaq ki, Rəşad "Qarabağ” və "Neftçi”də vaxtilə göstərdiyi oyunu "Qəbələ”də göstərə bilmədi.
Bəs niyə Azərbaycanlı futbolçular "Qəbələ”də özlərini göstərə, çox duruş gətirə bilmirlər?
Səbəblərdən biri bu ola bilər ki, Qəbələnin ucqar dağ rayonu olması, bu şəhərdə əyləncənin olmaması futbolçulara müəyyən qədər mənfi təsir göstərir, uyğunlaşmalarına maneçilik törədir. Bu ehtimalı istisna etmək olmaz. Amma sual yaranır, bəs xarici futbolçular niyə uyğunlaşa bilir. Axı onlar daha uzaqdan gəliblər və daha fərqli mədəniyyətin nümayəndəsidirlər?!
Ehtimallardan bir başqası "Qəbələ”yə gələn yerli futbolçuların keyfiyyətinin aşağı olması göstərilə bilər. Amma gələn futbolçuların hamısına keyfiyyətsiz demək olmaz axı? Elvin Məmmədova və ya Araz Abdullayevə necə keyfiyyətsiz demək olar? Deməli, əsl səbəb kimi bunu da göstərmək olmaz.
Fikrimcə, "Qəbələ”yə geçən futbolçuların orada imkanlarından aşağı çıxış etmələrinin əsas səbəbi baş məşqçi Roman Qrikorçukla aralarındakı mental fərqlilikdir. Yəni, dil, din, mədəniyyət fərqliliyi, müxtəlifliyi müəyyən anlaşılmazlıq yarada bilər. Hadisələrə yanaşma fərqliliyi biir-birini başa düşməkdə çətinlik çəkmələri ilə nəticələnər. Belə bir vəziyyət qeyri-müəyyənlik yaradar. Qeyri- müəyyənlik şəraitində isə futbolçular imkanlarından aşağı çıxış edər, baş məşqçidə isə yerlilərə qarşı inamsızlıq formalaşar. Bəlkə də hazırda bu cür qeyri-müəyyənlik hökm sürür.
Belə olan halda nə etmək olar? Zənnimcə, Qriqorçukla yerli futbolçuların arasında bir əlaqələndirici lazımdır. Həmin əlaqələndirici bir növ körpü rolunu oynamalıdır. Belə bir işi hər yoldan ötənə də tapşırmaq olmaz. Bu əlaqələndirici Ukrayna-rus mədəniyyətini də, müsəlman mədəniyyətini də dərindən anlayan, başa düşən, yüksək müşahidə və analiz qabiliyyəti olan, az-çox psixologiiyanı bilən bir şəxs olmalıdır. Bu şəxs köməkçi-məşqçi də ola bilər, hansısa başqa vəzifə daşıyan şəxs də...
Ən yaxşısı, köməkçi-məşqçi kimi fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Çünki köməkçi-məşqçi daim baş məşqqçinin yanında olur və onlar hər mövzuda söhbət edə biliirlər. Yetər ki, köməkçi məşqçi intellektual cəhətdən baş məşqçi ilə eyni səviyyədə olsun. Ümumiyyətlə, köməkçi-məşqçinin intellekktual səviyyəsi, müşahidə qabiliyyəti yaxşı olsa, hər cür problemi sezə və anlaşılmazlığı dərhal aradan qaldıra bilər. Ola bilsin, futbolçunun hansısa hərəkəti baş məşqçiyə çatmasın və ya əksinə, futbolçunun hərəkətini, niyə belə etdiyini baş məşqçi anlamasın. Onlardan biri digərinə qəribə görünə bilən hərəkətlər edə bilərlər. Bax, bu zaman həmin yardımçı problemi yoluna qoya bilər və hər iki tərəf də bir-birini başa düşər. Məsələn, söyüş ukraynalı futbolçunu motivasiya edə bilər, amma yerlini sındırıb qoyar.
Qriqorçukun hazırkı yerli köməkçiləri bəlkə də, taktiki-texiki cəhətdən ona yardım edə bilirlər, amma mental əlaqələndiricilik baxımından, görünür ki, problem var.
Bu işi tərcüməçi görə, yerli futbolçularla baş məşqçi arasındakı psixoloji əlaqəni qura bilərmi? Zənnimcə xeyr, çünki tərcüməçinin işi sözləri tərçümə etməkdir, psixologiyaları araşdırmaq, analiz edib nəticə çıxarmaq yox. Analiz edib nəticə çıxaran olsa, onda o tərcüməçi sayılmaz.
Bütün bunları nəzərə alaraq, sol cinah üçün yerli futbolçu çatışmazlığının olduğu bir vaxtda Təmkin Xəlilzadənin "Qəbələ”yə keçidi milli komada baxımından bir qədər riskli sayıla bilər. Amma Qriqorçukun yerliləri demişkən: "Risk etməyən şampan içə bilməz”.
Lənət şeytana, bu məsəl də ukraynalılar, ruslar üçün keçərlidir, ibadət edən müsəlman üçün yox. Müsəlman olan Təmkin onsuz da şampan içmir. Hətta məsəl çəkəndə də mental fərqliliyi nəzərə almalısan.
Nə isə... Ümid edək ki, Təmkinin işləri "Qəbələ”də əla gedəcək, o, klubunun və milli komandanın əvəzolunmaz oyunçusuna çevriləcək.