FIFA-nın prezidenti Canni İnfantino ABŞ-ın dövlət başçısı Donald Trampla görüşüb.
Sportnet.az-ın məlumatına görə, görüşdə İnfantino Trampa arxasında soyadı yazılmış 26 nömrəli forma hədiyyə edib. O, həmçinin amerikalı prezidentə sarı və qırmızı vərəqə göstərib: "Bu, sizin üçün faydalı ola bilər. Futbolda hakimlərin sarı və qırmızı vərəqəsi olur. Sarı vərəqə - xəbərdarlıqdır. Qırmızı vərəqə isə kimisə qovmaq istəyəndə lazım olur".
Tramp isə bağlı bildirib ki, vərəqələr onun xoşuna gəlir. ABŞ prezidenti FIFA rəhbərinin qarşısında jurnalistlərə qırmızı vərəqə göstərib.