"Əvvəlcə rəqib barədə danışmaq istəyirəm. Bu komandadan çox xoşum gəldi. "Qəbələ”nin düşdüyü bu durumu məndən yaxşı bilən olmaz. Çünki biz də eyni vəziyyətdəyik. "Qarabağ”la layiqincə rəqabət aparacaq bir nömrəli komanda "Qəbələ”dir. Çempionluğa oynamağa layiqdirlər. Təəssüf ki, bu yerdədirlər”.
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə”nin baş məşqçisi Samir Abasov evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis daha sonra öz komandasının oyununu dəyərləndirərək, qələbəni şərh edib: "Uşaqlar bu matça özləri-özlərini hazırlamışdılar. Həftəiçi bir yumruq kimi birləşdilər, istəkli idilər. Çoxdandır gözlədiyimiz qələbəni də qazandılar. Çox çalışdılar, Allah da bizə pay verdi. Bəzi oyunçular "üzür”. Bəzi məqamları meydanda görmək istəmirəm. Onlara deyirəm ki, meydana çıxanda bilməlisiniz ki, kim nə etməlidir. Neqativdən danışmaq istəmirəm. Bugünkü mübarizəyə görə onlara halal olsun. Sağ olsunlar. "Zirə”nin fanatları, bizi sevən "Sumqayıt”lılar bunu gözləyirdilər”.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |