1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" məşqləri bərpa etdi
"Neftçi” klubu məşqləri bərpa edib.
Sportnet.az xəbər verir ki, oktyabrın 13-də "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş ikitərəfli oyundan sonra bir günlük istirahətə buraxılan komanda bu gün həmin məkanda məşqə çıxıb.
Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan U-21 və Haiti milli komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, millinin düşərgəsindən qayıdanlar və baxışda olan qvineyalı yarımmüdafiəçi Mamadu Kane hazırlığa qatılıblar. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, Topaz Premyer Liqasının 8-cu turu çərçivəsində oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu saat 17:00-da başlanacaq.