"Yenə də öz səhvimizdən sonra qol buraxdır. Artıq deyə bilmirik ki, bəxtimiz yoxdur. İndi çox pis vəziyyətdəyik. Sözüm yoxdur”.
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə”nin futbolçusu Pərdis Fərcad-Azad səfərdə "Sabah”a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra keçirdiyi brifinqdə bildirib. 30 yaşlı hücumçu jurnalistlərin digər suallarını da cavablandırıb...
- Bu, bacarıqsızlıqdır?
- İndi deyə bilmirəm. Oyuna baxmalı, analiz etməliyik. Bir neçə oyundur ki, bəxtimiz olmadığını deyirik. Bəxt bu qədər də olmaya bilməz.
- "Sabah” iki hücum etdi, ikisi də qol oldu.
- Elədir. Biz bəlkə də 15 dəfə hücum etdik, 1 qol vurduq, onlar iki dəfə hücum edərək iki qol vurdular.
- Oyunda epizodlar, qol vəziyyətləri var. Amma son nöqtəni qoya bilmirsiniz. Belə çıxır ki, problem hücumçulardadır.
- Ola bilər, razıyam. Əgər biz qoç epizodları yaradıb qol vura bilmiriksə, belə çıxır ki, hücumda problemlər var.
- Axırıncı yerdəsiniz, komandanın vəziyyəti necə olacaq?
- Bu vəziyyətdən çıxmağa çalışırıq. Biz hər şey edir, ürəklə oynayırıq, vuruşuruq, amma yenə də uduzuruq. Komandamız çox məyusdur, uşaq səhvləri edirik.