1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Biz ona təklifimizi vermişik"
"Hazırda Aqil Məmmədov komandamızın üzvüdür. Yerinə namizədi müəyyənləşdirdikdən sonra onunla bağlı qərar verəcəyik".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib. Klub rəsmisi bildirib ki, qapıçı postuna "Zirə"dən Anar Nəzirovun transfer edilmə ehtimalı var. Bu halda Əzizov ukraynalı qolkiper Dmitri Bezotosnının göndərilməyəcəyini əlavə edib.
O, Dodonun "Qəbələ"yə qayıdacağına dair söz-söhbətləri də şərh edib: "Biz ona təklifimizi vermişik. İstəsə, Antalya toplanışımıza qatıla bilər. Hələlik təklifimiz üzərində düşünür. Çünki başqa təklifləri də var".
Qış fasiləsində heyətdə ciddi dəyişikliklərin edilməyəcəyini söyləyən Əzizov bunun yalnız hansısa futbolçuya klubun marağına uyğun təklif gələcəyi təqdirdə mümkünlüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, bu halda gedən oyunçunun yerinə yenisinin cəlb olunması gündəmə gələ bilər: "İndiki halda ciddi dəyişiklik gözlənilmir. Gərək ciddi təklif olsun ki, futbolçularımızın klubumuzdan ayrılması üzərində düşünək. Daha əvvəl Təmkin Xəlilzadə ilə bağlı "Sabah"dan təklif gəlmişdi, dəyərləndirdik. Lakin hazırda onun mövqeyinə yeni futbolçu axtarmırıq. Heç kiminlə bu istiqamətdə danışıqlar aparılmır. Amma ola bilər ki, Təmkinin yerinə kimisə götürdük. Bu, alınmasa belə, həmin mövqedə çıxış edə biləcək futbolçularımız var".