
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, turnir cədvəlində ilk pillədə qərarlaşan "Qarabağ" autsayder "Keşlə"ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 18-ci dəqiqədə Simeon Slavçev vurub. Qoldan sonra "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov hakimlərə etirazını bildirib. O, rəqib oyunçuların qaydanı pozduğunu iddia etsə də, FIFA referisi Əliyar Ağayev məşqçini texniki zonadan uzaqlaşdırıb. 59-cu dəqiqədə isə Riçard Almeyda penaltidən fərqlənməklə fərqi iki topa çatdırıb. 75-ci dəqiqədə Abdullah Zubir rəqibi üçüncü dəfə məyus edib.
Bu nitəcədən sonra xallarının sayını 57-ə çatdıran "Qarabağ" 1-ci pillədəki mövqeyini qoruyub. "Keşlə" isə 20 xalla sonuncu - 8-ci yerdə qalıb.
Qeyd edək ki, günün digər oyununda "Səbail" səfərdə "Sumqayıt"ı məğlub edib - 2:1. Tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" və "Sabah" - "Neftçi" matçları ilə yekun vurulacaq.
----------------------------
Azərbaycan Premyer Liqasında XV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçı Sumqayıtda şəhərin eyniadlı komandası ilə "Səbail" arasında keçirilib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesab 13-cü dəqiqədə açılıb. "Sumqayıt"ın hücumçusu Peyman Babayi uzaq məsafədən baxımlı qola imza atıb. 52-ci dəqiqədə "Səbail" tarazlığı bərpa edib. Ağabala Ramazanov komandasını məğlubiyyətdən xilas edib. Qoldan 6 dəqiqə sonra qonaqların heyətində Tome Kitanovski hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 74-cü dəqiqədə isə Oke Akpoveta əks-hücumu qolla tamamlayıb.
Beləliklə, xallarını 38-ə çatdıran "Səbail" 3-cü pillədə möhkəmlənib. "Sumqayıt" isə 20 xalla 7-ci pillədə qalıb.
Qeyd edək ki, günün digər matçında "Qarabağ" və "Keşlə" komandaları qarşılaşacaq. Tura aprelin 19-da keçiriləcək "Qəbələ" - "Zirə" və "Sabah" - "Neftçi" matçları ilə yekun vurulacaq.
-------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç baş tutacaq. Əvvəlcə Sumqayıtda şəhərin eyni adlı təmsilçisi “Səbail”i qəbul edəcək. Komandalar fərqli hədəflər uğrunda mübarizə aparsalar da, hər ikisinə qələbə lazımdır. Hazırda 35 xalla 3-cü pillədə qərarlaşan qonaqlar mükafatçılar sırasında mövqeyini qorumaq istəyirsə, 20 xala malik “Sumqayıt” 7-ci yerdədir və elitada qalmaq üçün çarpışır.
Ötən tur “Neftçi” ilə 2:2-lik bərabərə qaldıqları görüşdə qələbəni 90+5-ci dəqiqədə buraxdığı qolla əldən verən “Səbail” səfər matçına ciddi itki ilə çıxacaq. Komandanın əsas qapıçısı Aleksandr Rıbka “ağ-qaralar”la oyun başa çatandan sonra qırmızı vərəqə aldığı üçün cəzalı durumdadır. “Sumqayıt”ın heyətlə bağlı ciddi problemi olmasa da, baş məşqçi Ayxan Abbasov daha çox aprelin 23-də Azərbaycan Kubokunda “Zirə”yə qarşı evdə keçirəcəkləri ilk yarımfinal görüşü barədə düşünür.
“Sumqayıt” və “Səbail” indiyə qədər 7 dəfə qarşılaşıblar. Bunlardan 3-də qalib gələn meydan sahibləri, 2 dueldən məğlub ayrılıb. Cari mövsümdə bu komandaların ilk 3 oyunundan sonuncusu qolsuz heç-heçə ilə yekunlaşıb. “Səbail” 2, rəqibi isə 1 cavabsız qolla qalib gəlib.
Günün digər matçı 54 xalla 1-ci pillədə qərarlaşan “Qarabağ”la 19 xalla son sırada yer alan “Keşlə” arasında olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun aşkar favoriti ağdamlılardır.
Bu komandalar cari mövsümdə 5 dəfə qarşılaşıblar. Bunlardan 3-ü Premyer Liqaya, 2-i isə Azərbaycan Kubokuna təsadüf edib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv rəqibini kubokda mübarizədən kənarlaşdırdığı halda (1:0, 1:1), çempionatda da 2 dəfə məğlub edib (1:1, 5:1, 1:0). “Qarabağ” və “Keşlə” milli çempionatlarda indiyə qədər 58 dəfə üz-üzə gəliblər. Bunlardan 26-da qalib gələn ağdamlılar, 13 görüşdən məğlub ayrılıblar.
“Qarabağ”ın heyətində Filip Ozobiç və Donald Gerye sarı vərəqə limitini doldurduqları üçün meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, XXV tura apelin 19-da keçiriləcək “Qəbələ” – “Zirə” və “Sabah” – “Neftçi” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXV tur
8 aprel (cümə axşamı)
16:45. “Sumqayıt” – “Səbail” - 1:2
Qol: Peyman Babayi, 13 - Ağabala Ramazanov, 52 Oke Akpoveta, 74
Qırmızı vərəqə: Tome Kitanovski, 58 ("Səbail")
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Kapital Bank Arena”
İlk üç dövrə - 0:2, 1:0, 0:0
19:00. “Qarabağ” – “Keşlə” - 3:0
Qol: Simeon Slavçev, 18. Riçard Almeyda, 59. Abdullah Zubir, 75
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk üç dövrə - 1:1, 5:1, 1:0