Fransalı məşqçi Tyerri Anri Belçikanın "Anderlext" komandasının baş məşqçisi olmaq istəyir.
Sportnet.az "Hln.be" saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis Brüssel təmsilçisinə xidmətlərini təklif edib. Bildirilir ki, klub hazırda Anrinin komandaya baş məşqçi təyin olunması imkanını nəzərdən keçirir.
Daha əvvəl Anrinin ABŞ-ın “Nyu-York Red Bullz” komandasına rəhbərlik edəcəyi yazılsa da, klub bu xəbəri təkzib edib.
Qeyd edək ki, Tyerri Anri ötən ilin oktyabrında Fransa "Monako"sunun baş məşqçisi təyin olunub. O, uğursuz nəticələrə görə üç aydan sonra vəzifəsindən göndərilib. Sabiq hücumçu Fransa yığmasının heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub.