İngiltərə "Liverpul"unun azarkeşləri İspaniyada "Barselona" ilə keçirəcəkləri futbol üzrə Çempionar Liqasının yarımfinal mərhələsinin ilk oyunu ərəfəsində polis tərəfindən saxlanılıb.
Sportnet.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, səbəb klubun 6 fanatının Kataloniyada insident törətməsidir. Onlar otel işçilərinə hücum etdikdən sonra həbs olunublar. Münaqişədən sonra 4 nəfər yaralanıb. Yaralılardan birinin burnu qırılıb.
Qeyd edək ki, bu gün keçiriləcək "Barselona" - "Liverpul" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.