
“Qatar Sports Investments” fondu Fransanın PSJ klubunu satmaq istəyir.
Sportnet.az “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, qətərli iş adamları öz ölkələrində keçiriləcək 2022-ci il dünya çempionatından sonra Paris təmsilçisi ilə vidalaşmağı düşünürlər.
Qətərlilər kluba böyük məbləğdə vəsait ayırmalarına rəğmən, onların daim tənqid edilməsindən və avrokuboklarda uğur qazana bilməmələrindən narazıdırlar. Onlar həmçinin 2011-ci ildən bəri 1 milyard avroya yaxın vergi ödəmələrindən məmnun deyillər.
PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin üzvüdür.
Qeyd edək ki, “Qatar Sports Investments” 2011-c il mayın 31-də 50 milyon avro qarşılığında klubun səhmlərinin 70 faizini alıb. Bir il sonra isə bu şirkət Paris təmsilçinin yeganə sahibi olub. PSJ o vaxtdan 6 dəfə Fransa çempionu, 5 dəfə liqa, 4 dəfə isə ölkə kubokunun sahibi olub.