Yaponiyanın “Saqan Tosu” klubunun futbolçusu Fernando Torreskaryerasını Meksikada davam etdirə bilər.
Sportnet.az “Football Espana”ya istinadən xəbər verir ki, 35 yaşlı fovard yayda “Atletiko San-Luis”ə keçəcək.
Transferin reallaşmasına səbəb kimi Torresin yetirməsi olduğu Madrid “Atletiko”sunun sahibinin Meksika klubunun səhmdarlarından biri olması göstərilir.
Qeyd edək ki, ötən yay “Saqan Tosu”ya keçən Torres iştirakçısı olduğu 7 oyunda qol vura bilməyib. O, İngiltərənin “Liverpul” və “Çelsi”, eləcə də İtaliyanın “Milan” klublarının formalarını geyinib.