Avropa Liqasındakı ilk yarımfinal matçında Almaniya “Ayntraxt”ı ilə səfərdə 1:1 hesablı heç-heçə edən İngiltərənin “Çelsi” komandası yarışın yeni rekorduna imza atıb.
Sportnet.az-ın məlumatına görə, "zadəganlar" məğlubiyyətsiz 16 oyun keçirən ilk klub olub. Əvvəlki nailiyyət İspaniya "Atletiko"suna məxsus idi. Klub 2011 - 2012-ci illərdə 15 qarşılaşmada uduzmayıb.
"Ayntraxt" və "Çelsi" cavab oyununu mayın 9-da Londondakı "Stemford Bric" stadionunda keçirəcəklər.
"Çelsi" 2012/2013 mövsümündə Avropa Liqasının qalibi olub.