
Portuqaliyanın “Portu” komandasının infarkt keçirən qapıçısı İker Kasilyasın xəstəxanadan çıxacağı tarix bəlli olub.
Sportnet.az "Goal.com"a istinadən xəbər verir ki, 37 yaşlı qolkiper mayın 4-də xəstəxanadan evə buraxılacaq. Hazırda təcrübəli oyunçunun yaxşı vəziyyətdə olduğu bildirilib.
Kasilyasın infarktdan sonra tam bərpa müddəti 2-3 ay çəkəcək. İspaniyalı oyunçunun karyerasına davam edib-etməyəcəyi hələ ki bəlli deyil.
Qeyd edək ki, İspaniya millisinin sabiq qapçısı olan Kasilyas 1998-2015-ci illərdə vətənində “Real Madrid”in formasını geyinib. O, 4 ildir “Portu”da çıxış edir.