Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün bütün mükafatçıları müəyyənləşib.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, XXVII turun bu gün keçirilən “Qarabağ” – “Səbail” (4:0) və “Qəbələ” – “Neftçi” (1:3) oyunlarından sonra həm qızıl, həm gümüş, həm də bürünc mükafatçı dəqiqləşib.
Ardıcıl 6-cı, ümumilikdə 7-ci çempionluq
Xal hesabını 63-ə çatdıran Ağdamın “Qarabağ” klubu bu qələbədən sonra izləyiciləri üçün əlçatmaz olub. Bununla da Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.
17-ci mükafat
Hesabında 58 xal olan “Neftçi” qızıl medalı şansını itirməklə gümüş mükafatı rəsmiləşdirib. Tarixində 3-cü dəfə çempionatı 2-ci pillədə bitirən paytaxt klubu 17-ci dəfə mükafatçılar sırasına düşüb. Hesabında 8 qızıl, 3 gümüş və 6 bürünc olan “ağ-qaralar” bu göstəricidə öz rekordunu yeniləyib.
17-ci mükafatçı
“Səbail” məğlub olsa da, 41 xalla bürünc medalı təmin edib. Tarixində ilk dəfə mükafatçılar sırasında yer alan paytaxt klubu Azərbaycan çempionatları tarixində medal qazanan 17-ci komanda olub. Əvvəlki turnirlərdə 16 komanda “üçlüy”ə düşmüşdü.
19-cu Avropa yolçusu
Bu nəticələrdən sonra “Qarabağ”ın UEFA Çempionlar Liqası, “Neftçi” və “Səbail”in UEFA Avropa Liqasında oynayacağı dəqiqləşib. Tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək “Səbail” Azərbaycanın qitəmiqyaslı turnirlərdə 19-cu təmsilçisi olacaq. Bunadək 18 klubumuz Avropada çıxış edib.
Azərbaycan çempionatlarının bütün mükafatçıları
|
mövsüm |
çempion |
II yer |
III yer |
|
1992 |
“Neftçi” (Bakı) |
“Xəzər” (Sumqayıt) |
“Turan” (Tovuz) |
|
1993 |
“Qarabağ” (Ağdam) |
“Xəzər” (Sumqayıt) |
“Turan” (Tovuz) |
|
1993/94 |
“Turan” (Tovuz) |
“Qarabağ” (Ağdam) |
“Kəpəz” (Gəncə) |
|
1994/95 |
“Kəpəz” (Gəncə) |
“Turan” (Tovuz) |
“Neftçi” (Bakı) |
|
1995/96 |
“Neftçi” (Bakı) |
“Xəzri” (Bakı) |
“Kəpəz” (Gəncə) |
|
1996/97 |
“Neftçi” (Bakı) |
“Qarabağ” (Ağdam) |
“Xəzri” (Bakı) |
|
1997/98 |
“Kəpəz” (Gəncə) |
“Dinamo” (Bakı) |
“Şəmkir” |
|
1998/99 |
“Kəpəz” (Gəncə) |
“Şəmkir” |
“Neftçi” (Bakı) |
|
1999/2000 |
“Şəmkir” |
“Kəpəz” (Gəncə) |
“Neftçi” (Bakı) |
|
2000/01 |
“Şəmkir” |
“Neftçi” (Bakı) |
“Viləş” (Masallı) |
|
2001/02 |
Yarımçıq qalıb |
|
|
|
2002/03 |
Keçirilməyib |
|
|
|
2003/04 |
“Neftçi” (Bakı) |
“Şəmkir” |
“Qarabağ” (Ağdam) |
|
2004/05 |
“Neftçi” (Bakı) |
“Xəzər Lənkəran” |
“Karvan” (Yevlax) |
|
2005/06 |
“Bakı” |
“Karvan” (Yevlax) |
“Neftçi” (Bakı) |
|
2006/07 |
“Xəzər Lənkəran” |
“Neftçi” (Bakı) |
“Bakı” |
|
2007/08 |
“İnter” (Bakı) |
“Olimpik” (Bakı) |
“Neftçi” (Bakı) |
|
2008/09 |
“Bakı” |
“İnter” (Bakı) |
“Simurq” (Zaqatala) |
|
2009/10 |
“İnter” (Bakı) |
“Bakı” |
“Qarabağ” (Ağdam) |
|
2010/11 |
“Neftçi” (Bakı) |
“Xəzər Lənkəran” |
“Qarabağ” (Ağdam) |
|
2011/12 |
“Neftçi” (Bakı) |
“Xəzər Lənkəran” |
“İnter” (Bakı) |
|
2012/13 |
“Neftçi” (Bakı) |
“Qarabağ” (Ağdam) |
“İnter” (Bakı) |
|
2013/14 |
“Qarabağ” (Ağdam) |
“İnter” (Bakı) |
“Qəbələ” |
|
2014/15 |
“Qarabağ” (Ağdam) |
“İnter” (Bakı) |
“Qəbələ” |
|
2015/16 |
“Qarabağ” (Ağdam) |
“Zirə” (Bakı) |
“Qəbələ” |
|
2016/17 |
“Qarabağ” (Ağdam) |
“Qəbələ” |
“İnter” (Bakı) |
|
2017/18 |
“Qarabağ” (Ağdam) |
“Qəbələ” |
“Neftçi” (Bakı) |
|
2018/19 |
“Qarabağ” (Ağdam) |
“Neftçi” (Bakı) |
“Səbail” (Bakı) |










































































