Futbol üzrə Türkiyə Super Liqasının XXXI turunda "Qalatasaray" "Beşiktaş"ı qəbul edib.
Sportnet.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol 44-cü dəqiqədə vurulub. Henri Onyekuru "sarı qırmızılar"ı önə keçirib. 54-cü dəqiqə isə Fernando fərqi iki topa çatdırıb.
Bu qələbədən sonra xallarını 63-ə çatdıran "Qalatasaray" "Başakşehir"ə çatıb və şəxsi oyunlardakı üstünlüyü sayəsində liderliyə yüksəlib. "Beşiktaş" isə 59 xalla üçüncüdür.