"Qəbələ" komandası 3 itki ilə üzləşib.
Bu barədə Sportnet.az-a komandanın başqa məşqçisi Sənan Qurbanov məlumat verib. 39 yaşlı məşqçi müdafiəçiləri Voislav Stankoviç, Bəhlul Mustafazadə və Ceyms Adeniyinin yüngül zədəsi olduğunu bildirib: "Əgər özlərini yaxşı hiss edəcəklərsə meydana çıxa bilərlər. Çox da risq etmək fikrimiz yoxdur. Futbolçuların durumuna baxacağıq. Zədələr daha da kəskinləşsə, ehtiyatdan oyuna girə və heç oynamaya bilərlər".
Qurbanov son matçda Bəhlul Mustafazadənin ayağında yüngül ağrılar hiss etdiyini sözlərinə əlavə edib: "Biz də risk etmədik və onu əvəzlədik. Digərlərinin isə ayaqlarında yorğunluq var. Zədələrin ola biləcəyini gözə alıb, risk etmək istəmirik. Hazırda həkim nəzarəti altındadırlar. Növbəti matçda bəzi cavan futbolçulara da şans verə bilərik".