İngiltərə təmsilçisi "Çelsi" FIFA-nın tətbiq etdiyi transfer qadağası ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. London təmsilçisi Apelyasiya Komitəsinin transfer qadağasını ləğv etmədiyinə görə məyus olduğunu bildirib.
Klub müvafiq qaydalara uyğun hərəkət etdiyini və qərara görə İdman Arbitraj Məhkəməsinə şikayət edəcəyini vurğulayıb.
Qeyd edək ki, FIFA-nın qərarına əsasən, "Çelsi" iki transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək. İngiltərə təmsilçisi daha sonra qərarla bağlı quruma şikayət etsə də, istədiyi nəticəni əldə edə bilməyib.