Libertadores Kubokunun qrup mərhələsində Argentinanın "Qodoy Krus" və Çilinin "Universidad de Kosepsyon" komandaları arasında keçirilmiş həlledici oyun kütləvi dava ilə yekunlaşıb.
Sportnet.az-ın məlumatına görə, baş hakim Vilton Sampayo iki qırmızı vərəqə göstərib. O, meydan sahiblərindən Fabian Enrikesi, qonaq komandadan isə Patrisio Rubionu meydandan qovub.
"Qodoy Krus" 1:0 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi "pley-off"a yüksəlib. "Universidad de Kosepsyon" isə qrup sonuncusu olub.
Qeyd edək ki, Libertadores Kubokunun hazırkı sahibi ötən mövsüm finalda "Boka Xuniors"a iki oyunun yekunda qalib gəlmiş (2:2, 3:1) "River Pleyt"dir. Bu ildən final bir oyundan ibarət olacaq və əvvəldən müəyyənləşdirilmiş stadionda keçiriləcək.
Con incidentes termina Godoy Cruz vs U. de Concepción en Mendoza pic.twitter.com/u7eBVAoBlx
— Carlos Campos (@CaarlosIgnacio) 10 мая 2019 г.