Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün bombardiri müəyyənləşib.
Spornet.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Mahir Mədətov sonuncu XXVIII turda "Neftçi" ilə səfər oyununun 15-ci dəqiqəsində hesabı açaraq, qollarının sayını 15-ə çatdırıb.
14 qolu olan "Neftçi"nin forvardı Baqali Dabo isə qarşılaşmanın 18-ci dəqiqəsində əzələsini dartdığı üçün meydanı tərk edib.
Bununla da Mədətovun bombardirliyi böyük ölçüdə rəsmiləşib. Düzdür, məsələn, hesabında 9 qol olan "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiçin və ya 7 qolu olan "Neftçi"n oyunçusu Emin Mahmudovun da nəzəri şansı var. Amma onların 6 və ya 8 qol vurmaları real deyil.
Qeyd edək ki, çempionluğu ötən tur təmin etmiş "Qarabağ" hazırda davam edən matçda öndədir - 1:0.