
"Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Beşinci pillədəki yerimizi qoruduq. Uduzsaydıq, yeddinci yerə də düşə bilərdik".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis mövsümü belə dəyərləndirib: "Bu mövsüm "Zirə" üçün çətin keçdi. Ölkə kubokunda şansımız var idi, ancaq finala adlaya bilmədik. Çempionatda da istədiyimiz yerdə qərarlaşa bilmədik. Ancaq ötən dəfə dediyim kimi, gələcəyə baxmalı, planlar qurmalı və yaxşı komanda yaratmalıyıq".
Qeyd edək ki, "Zirə" Premyer Liqanı 31 xalla 5-ci pillədə başa vurub.