
"Qarabağ"ın futbolçusu Mahir Mədətov "Neftçi"ni səfərdə 3:2 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra meydana girən uşaqları polisin əlindən alıb.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı hücumçu polislərdən azyaşlılara problem yaratmamalarını xahiş edib. Daha sonra o, formasını uşaqlardan birinə verib.
Qeyd edək ki, Mahir Mədətov 16 qolla Premyer Liqanın ən yaxşı bombardiri olub.