İngiltərənin “Mançester Yunayted” klubunun azarkeşləri komandanın futbolçusu Pol Poqbanı təhqir ediblər.
Sportnet.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu, “qırmızı-şeytanlar”ın Premyer Liqanın sonuncu – XXXVIII turunda “Kardiff Siti”yə evdə 0:2 hesabı ilə uduzduğu görüşdən sonra baş verib. Fanatlar 26 yaşlı yarımmüdafiəçinin çıxışından narazılıqlarını bildiriblər.
Fransalı futbolçu isə çiyinlərini çəkərək, onlara “əla” işarəsi göstərib. Əvəzində oyunçunu təhqir edən azarkeşlər onlara hörmətlə yanaşmasını tələb ediblər.
Qeyd edək ki, yekunda 66 xal toplayan “Mançester Yunayted” 6-cı yeri tutub. Pol Poqba cari mövsümdə iştirak etdiyi 47 oyunda 16 qol vurub və 11 məhsuldar ötürmə verib.