İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu ada "Mançester Siti"yə rəhbərlik edən Xosep Qvardiola layiq görülüb. 48 yaşlı mütəxəssis Nunu Eşpiritu Santu ("Vulverhempton"), Yurgen Klopp ("Liverpul") və Maurisio Poçettinonu ("Tottenhem") üstələyib. Səsvermədə azarkeşlər və futbol ekspertləri iştirak ediblər.
Qeyd edək ki, "Mançester Siti" 2018-2019 mövsümündə İngiltərə çempionu olub. 98 xal yığan "şəhərlilər" ən yaxın izləyicisi "Liverpul"u 1 xal üstələyib. Xosep Qvardiola "Mançester Siti"yə 2016-cı ildə baş məşqçi təyin olunub. Əvvəllər o, İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" komandalarında da çalışıb.