“Qarabağ”dan ayrılan futbolçu Jakub Jezniçak karyerasını başa vura bilər.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı polşalı müdafiəçi bu barədə şəxsi “Twitter” hesabında yazıb. O, Polşa çempionatının XXXVI turunda uzun müddət kapitanı olduğu “Legiya”nın səfərdə “Yagelloniya”ya 0:1 hesabı ilə uduzaraq çempionluq şansını çətinə salmasından sonra bunları qeyd edib: “Ürəyim ağrıyır. Dostuma dedim ki, “Pyast” çempion olsa, karyeramı başa vuracağam. Bəlkə də vaxtı çatıb”.
Qeyd edə ki, mayın 19-da Polşa çempionatına yekun vurulacaq. Sonuncu turda 69 xala malik “Pyast” evdə “Lex”i məğlub edərsə, “Legiya” – “Zaqlembe” matçının nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə çempion tituluna sahib çıxacaq. Jezniçakın sabiq komandasının 67 xalı var.